Ramzi Qabbay: “İsrail Azərbaycanın qaz-neft sahəsindəki təcrübəsini öyrənmək istəyir”

Ramzi Qabbay: “İsrail Azərbaycanın qaz-neft sahəsindəki təcrübəsini öyrənmək istəyir”
# 13 fevral 2014 15:09 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova - APA. Azərbaycan və İsrail arasında əməkdaşlıq üçün geniş imkanlar var.

APA-nın məlumatına görə, bunu Bakıda səfərdə olan İsrail Beynəlxalq Əməkdaşlıq və İxrac İnstitutunun rəhbəri Ramzi Qabbay jurnalistlərə açıqlamasında deyib.

İsrailin Azərbaycanın qaz-neft sahəsindəki təcrübəsini öyrənmək istədiyini deyən R.Qabbay ölkəsinin kənd təsərrüfatı, təhlükəsizlik, telekommunikasiya, səhiyyə və tibb avadanlıqları sahəsində təcrübəyə malik olduğunu və öz təcrübəsini Azərbaycanla bölüşə biləcəyini qeyd edib: “Müştərək müəssisələrin yaradılması Azərbaycan və İsrail üçün faydalı olardı. Bu, çoxlu sayda yeni iş yerlərinin açılmasına imkan verərdi”.

R.Qabbay həmçinin bildirib ki, İsrailin kimya sahəsində ixtisaslaşmış şirkətləri Azərbaycana maraq göstərir.

İsrail Beynəlxalq Əməkdaşlıq və İxrac İnstitutunun rəhbəri onu da deyib ki, yaxın vaxtlarda Azərbaycanla İsrail arasında birgə standartlar və ikiqat vergitutmanın aradan qaldırılması barədə sənədlər imzalanacaq.

Azərbaycanda biznes üçün əlverişli şəraitin olduğunu bildirən R.Qabbay qeyd edib ki, iki ölkənin turizm sektoru, qida və əczaçılıq sahəsində əməkdaşlığı genişləndirmək üçün potensialı var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR