Tibb Universiteti tələbələrin aksiya keçirəcəkləri barədə yayılan xəbərləri təkzib edib

Tibb Universiteti tələbələrin aksiya keçirəcəkləri barədə yayılan xəbərləri təkzib edib
# 13 noyabr 2013 13:00 (UTC +04:00)

ATU-nun tədris-hissə müdiri Nəsimi Qasımov APA-ya açıqlamasında ötən gün tələbələrin təcrübə keçmək üçün Tədris-Cərrahiyyə Klinikasına buraxılmaması barədə mətbuatda yayılan məlumatın əsassız olduğunu deyib.

O bildirib ki, universitetin bu məlumatı yayan Maqsud İbrahimov adlı tələbə yoxdur.

N. Qasımovun sözlərinə görə, yazıda tələbələrin Yeni Kürdəxanı qəsəbəsində yerləşən və olduqca bərbad vəziyyətdə olan klinikaya təcrübə göndərilmələri ilə bağlı yazılanlar da həqiqətə uyğun deyil: “Bizim Kürdəxanıda xəstəxanamız yoxdur. Bu, informasiyanın yalan olmasından xəbər vermirmi? Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikası tədris bazası kimi fəaliyyət göstərir, burada praktika dərsləri, mühazirələr aparılır. Klinika xəstəxana kimi fəaliyyətinə hələ ki, başlamayıb. Klinikanın xəstəxana kimi fəaliyyət göstərməsi tədricən olacaq. Onun büdcəsi açılmalı, ştatı olmalı və digər məsələlər həll edilməlidir. Klinika üçün maliyyə açıldıqdan sonra ora xəstəxana kimi fəaliyyət göstərəcək”.

N. Qasımov qeyd edib ki, məlumatı yazan Maqsud İbrahimov mətbuat işçisidir: “Yanlış məlumatlar yayaraq millətə bütün günü şər atan insandır. Bir informasiyada iki yalan olarsa, digərlərinin doğruluğunu axtarmağa ehtiyac yoxdur”.

Qeyd edək ki, bir neçə gün öncəmətbuatda yayılan xəbərlərdə bildirilib ki, Tibb Universitetində təhsil alan tələblər bu həftə etiraz aksiyası keçirməyi planlaşdırırlar. İddia olunub ki, onlar Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikasına buraxılmamalarına etiraz edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR