Milli Azərbaycan Tarixi Muzeyində Məmmədəli Hüseynova həsr olunmuş fotosərgi açılacaq

Milli Azərbaycan Tarixi Muzeyində Məmmədəli Hüseynova həsr olunmuş fotosərgi açılacaq
# 18 iyun 2014 16:22 (UTC +04:00)

Bakı – APA. İyunun 23-də AMEA Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan tarixiçiləri birliyinin sədri Namiq Rüstəmovun və muzeyin birgə təşkilatçılığı ilə görkəmli arxeoloq, Azərbaycanda paleontologiya elminin inkişafına böyük töhfələr vermiş Məmmədəli Hüseynovun xatirəsinə həsr olunmuş fotosərginin açılışı olacaq. Muzeydən APA-ya verilən məlumata görə, fotosərgidə arxeoloqun həyat və fəaliyyətini əks etdirən nadir fotoşəkillər nümayiş etdiriləcək.

Qeyd edək ki, 1968-ci il iyunun 23-də Qarabağda - Azıx mağarasında dünya paleontologiya tarixində çevrilişə səbəb olmuş kəşf edilib. Görkəmli Azərbaycan rxeoloqu Məmmədəli Hüseynovun rəhbərliyi altında paleolit arxeoloji ekspedisiyası ibtidai insana məxsus çənə aşkarlayıb. Azıx düşərgəsindən tapılmış qədim insana məxsus olan alt çənənin elmi tədqiqi ilə professor D. V. Hacıyev məşğul olub. D.V.Hacıyevin apardığı elmi tədqiqatlar zamanı çənənin ibtidai insana məxsus olduğu müəyyən edilib və tapıntıya “Azıxantrop tipli ibtidai insan” adı verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR