Siyəzəndə baş verən yol qəzasında 4 yaşlı uşaq ölüb, 8-i Ukrayna vətəndaşı olmaqla 11 nəfər xəsarət alıb - YENİLƏNİB - VİDEO

Siyəzəndə baş verən yol qəzasında 4 yaşlı uşaq ölüb, 8-i Ukrayna vətəndaşı olmaqla 11 nəfər xəsarət alıb - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 19 may 2014 10:44 (UTC +04:00)

APA-nın şimal bürosunun verdiyi məlumata görə, yolun Siyəzən rayonunun Ağbaş kəndindən keçən hissəsində Bakı şəhər sakini İlham Məmmədovun idarə etdiyi “Toyota-Prado” markalı minik maşını ilə Ukrayna dövlət qeydiyyatlı, AM 0895 BK dövlət nömrə nişanlı mikroavtobus toqquşub.

Nəticədə “Toyota-Prado”nun sürücüsünün azyaşlı qızı - 2010-cu il təvəllüdlü Əminə Məmmədova hadisə yerində dünyasını dəyişib.

Qəza nəticəsində Ukrayna vətəndaşları – 1989-cu il təvəllüdlü Pinçuk Aleksandr, 1994-cü il təvəllüdlü İqor Paseyka, 1968-ci il təvəllüdlü Danyuk Genazi, 1988-ci il təvəllüdlü Svetlana Anatoliyevna Drazyuk, 1988-ci il təvəllüdlü Victoriya Sergeyevna Stepanyuk, 1954-cü il təvəllüdlü Stepanyuk Sergey Lukaşoviç, 1983-cü il təvəllüdlü Aleksandra Rossoxin Nikaloyeviç və Bakı şəhər sakinləri - 1977-ci il təvəllüdlü Məmmədova Gülnarə Vəli qızı, 1959-cu il təvəllüdlü Kazımov Sahib Zöhrab oğlu, 1985-cı il təvəllüdlü Kərimova Lalə Sahib qızı və 1968-ci il təvəllüdlü Kazımova Məlahət Fərhad qızı xəsarət alıblar. Yaralılar Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdiriliblər.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat şöbəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

***

11.07

Bakı-Quba-Rusiya dövlət sərhədi yolunda mikroavtobus avtomobillə toqquşub, ölən və xəsarət alanlar var

Siyəzən. Vəli Turan - APA. Bakı-Quba-Rusiya Federasiyası Dövlət sərhədi yolunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə yolun Siyəzən rayonunun Ağbaş kəndindən keçən hissəsində qeydə alınıb.

Yolda hərəkət edən mikroavtobusla “Toyota-Praro” markalı avtomobilin toqquşması nəticəsində bir nəfərin öldüyü, doqquz nəfərin xəsarət aldığı bildirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR