Milli Qəhrəman Şikar Şikarovun 60 illiyinə həsr olunmuş tədbir keçirilib - FOTO

Milli Qəhrəman Şikar Şikarovun 60 illiyinə həsr olunmuş tədbir keçirilib - <span style="color: red;">FOTO
# 21 may 2014 08:40 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Azərbaycan Hərb Tarixi Muzeyində Azərbaycanın Milli Qəhrəmanı Şikar Şikarovun anadan olmasının 60 illiyi münasibətinlə tədbir keçirilib. APA-nın xəbərinə görə, milli qəhrəmanın qohumları, döyüş yoldaşları, Müdafiə Nazirliyinin, ali hərbi məktəblərin, hərbi hissələrin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə çıxış edən muzeyin rəisi Sahib Qarayev Ş. Şikarovun həyatı və döyüş yolu barədə məlumat verib.

S. Qarayev bildirib ki, milli qəhrəmanın həyat yolu bugünkü gənclərə bir örnəkdir: “Bir sıra ölkələrdə ali hərbi təhsil almış Şikar Şikarov 1990-ci il 20 Yanvar hadisələrindən sonra Azərbaycana qayıdıb və Müdafiə Nazirliyinin yaradılmasında, hərbi işin təşkil olunmasında mühüm rol oynayıb. O, Qarabağ müharibəsində fəal iştirak edib. Xocalı soyqırımının baş verməsi, onun ön cəbhəyə getmək istəyini daha da artırıb. Şikar düşmənlərə qarşı bir sıra uğurlu əməliyyat planlarının hazırlanmasında iştirak edib. Təəssüf ki, 1992-ci ildə Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olur. Təsadüfi deyil ki, o, şəhid olduqdan sonra Azərbaycanın Milli Qəhrəman adına layiq görülüb”.

Muzeyin arxiv-fond və ekspozisiya üzrə rəis müavini Lalə Hüseynova milli qəhrəmana həsr olunmuş elmi məqalələrin yazılmasını, Tərtər rayonunun mərkəzi küçələrindən birinə onun adının verilməsini təklif edib: “Təklif edirəm ki, Şikar Şikarovun vaxtilə xidmət etdiyi 703 saylı briqadaya onun adı verilsin, eyni zamanda silahlı qüvvələrdə Şikar Şikarovun adına medal təsis olunsun”.

Sonra Ş. Şikarova həsr olunmuş sərgi və sənədli film nümayiş etdirilib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR