Azərbaycanda 23 yaşlı ana 20 günlük körpəsinə süd verərkən ölüb - VİDEO

Azərbaycanda 23 yaşlı ana 20 günlük körpəsinə süd verərkən ölüb - <span style="color: red;">VİDEO
# 14 may 2014 11:20 (UTC +04:00)

APA-nın məlumatına görə, hadisə rayonun Yuxarı Nemətabad kəndində qeydə alınıb.

Kənd sakini, 1991-ci il təvəllüdlü Əliyeva İbadət Etibar qızı 20 gün əvvəl dünyaya gətirdiyi oğlan övladına süd verərkən qəfildən ürəyinin sıxılması və halının pisləşməsi barədə həyat yoldaşına bildirib.

Həkim çağırılsa da, ana bir neçə dəqiqə sonra dünyasını dəyişib. İki uşaq anası olan 23 yaşlı İbadət Əliyevanın ürəyində əvvəllər hansısa problemin olması ilə bağlı şikayəti olmayıb.

Uşaq Mingəçevir Şəhər Doğum Evində dünyaya gəlib, həmin vaxt həkimlər ana və uşağın tam sağlam olduğunu bildiriblər. Ölümün hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı Ağdaş Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR