ABŞ İranın İraqa hərbi qüvvə göndərmədiyini açıqlayıb

ABŞ İranın İraqa hərbi qüvvə göndərmədiyini açıqlayıb
# 23 iyun 2014 10:12 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İran İraqa hərbi qüvvə göndərməyib. APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Con Kirbi (John Kirby) açıqlama verib.

Onun sözlərinə görə, ABŞ İran hərbçilərinin İraq hökuməti ilə məsləhətləşmələr aparmasından xəbərdardır: “İndiyədək İranla ABŞ arasında İraq mövzusunda heç bir müzakirə olmayıb və bu məsələ ilə bağlı bir proqramımız da yoxdur. İki ölkə arasında nüvə məsələsi ilə bağlı müzakirələr baş tutub. Ancaq İranla ABŞ arasında yalnız İraq böhranının müzakirə edildiyi görüş həyata keçirilməyib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR