ABŞ-ın altı “F-16” qırıcı təyyarəsi Polşadakı aviabazaya enib

ABŞ-ın altı “F-16” qırıcı təyyarəsi Polşadakı aviabazaya enib
# 14 mart 2014 04:22 (UTC +04:00)

Bakı-APA. ABŞ Hərbi-Hava Qüvvələrinə məxsus altı “F-16 Fighting Falcon” tipli qırıcı təyyarəsi hərbi təlimlərdə iştirak etmək məqsədilə Polşanın Lask aviabazasına enib. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Polşadakı səfirliyinin açıqlamasında deyilir.

“F-16 qırıcı təyyarələrinin birinci qrupu ABŞ aviasiya hissəsinin gücləndirilməsi məqsədi ilə Polşadakı taktiki aviasiyanın 32-ci bazasına enib. Təyyarələr İtaliyada yerləşən Aviano bazasındakı 555-ci qırıcı eskadrilyanın tərkibinə daxildir. Həftənin sonunadək Polşaya ümumilikdə 12 təyyarə eniş edəcək”, deyə səfirliyin açıqlamasında bildirilir.

Qeyd edək ki, hərbi təlimlərdə iştirak etmək məqsədilə qırıcı təyyarələrdən başqa Polşaya 300-dək amerikalı hərbçinin gəlməsi planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR