Azərbaycan prezidenti ATƏT-də sədrliyi qəbul etmiş İsveçrənin prezidenti ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib - FOTO

Azərbaycan prezidenti ATƏT-də sədrliyi qəbul etmiş İsveçrənin prezidenti ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib - <span style="color: red;">FOTO
# 23 yanvar 2014 17:21 (UTC +04:00)

APA-nın verdiyi xəbərə görə, görüşdə Azərbaycan ilə İsveçrə arasında ikitərəfli münasibətlərin uğurlu inkişafından məmnunluq ifadə edilib. Siyasi, iqtisadi, energetika, sərmayə qoyuluşu, tikinti və bank sektorunda əməkdaşlığın böyük potensiala malik olduğu bildirilib və bu sahələrdə əlaqələrin daha da genişlənəcəyinə əminlik ifadə olunub.

Söhbət zamanı Azərbaycanın sürətli iqtisadi inkişafının ikitərəfli əlaqələrin daha da genişlənməsi üçün yaxşı imkan yaratdığı qeyd edilib, qarşılıqlı investisiyaların bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyəti ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR