Çexiyada Xocalı soyqırımının 22-ci ildönümü qeyd edilib - FOTO

Çexiyada Xocalı soyqırımının 22-ci ildönümü qeyd edilib - <span style="color: red;">FOTO
# 28 fevral 2014 17:28 (UTC +04:00)

Azərbaycan Xarici İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, fevralın 25-də Azərbaycan Respublikasının Çexiyadakı səfirliyinin dəstəyi və Azərbaycan Tələbə Şəbəkəsinin (ASN) bu ölkədəki nümayəndəliyinin təşkilatçılığı ilə Praqada yerləşən Lixtenşteyn Sarayında Xocalı soyqırımının 22-ci ildönümü münasibəti ilə Üzeyir Hacıbəyov adına Musiqi Akademiyasının professoru Rasimə Babayevanın ifasında orqan musiqi konserti keçirilib.

Konsertdə İoqan Sebastyan Bax, Frantişek Xaver Brixi, Qara Qarayev, Nazim Əliverdibəyov, Aqşin Əlizadə, Ceyhun Allahverdiyev və Xəyyam Mirzəzadənin musiqi əsərləri ifa edilib. Tədbirdə diplomatik korpus nümayəndələri, Çexiyanın siyasi və incəsənət xadimləri, burada yaşayan həmvətənlərimiz, təhsil alan azərbaycanlı və xarici tələbələr iştirak edib.

Fevralın 26-da səfirliyin dəstəyi və ASN nümayəndəliyinin təşkilatçılığı ilə Praqanın mərkəzində, “Respublika” meydanında (Namesti Respubliky) Xocalı soyqırımının 22-ci ildönümü anılıb.

Bu münasibətlə quraşdırılmış çadırda tədbir boyu Xocalı soyqırımına dair sənədli film, eləcə də “Xocalıya ədalət” kampaniyası çərçivəsində çəkilmiş klip nümayiş etdirilib, Heydər Əliyev Fondu tərəfindən təqdim edilmiş Xocalı soyqırımına dair fotoşəkillərdən ibarət sərgi təşkil olunub.

Tədbirdə çıxış edən səfir Tahir Tağızadə Xocalı soyqırımı barədə qısa məlumat verib. ASN-in Çexiyadakı nümayəndəsi Eldar Vəliyev öz çıxışında Çexiya Respublikası Parlamentinin Deputatlar Palatasının Xarici Əlaqələr Komitəsi tərəfindən Xocalıda baş vermiş hadisələrə hüquqi qiymət verildiyini qeyd edib.

Tədbir boyu Xocalı faciəsi haqqında çex dilində çap olunan vərəqlər paylanmış, maraqlananlara faciə və eləcə də Ermənistan-Azərbaycan münaqişəsi haqqında məlumat verilib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR