Bolqarıstanda Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar görüş keçirilib

Bolqarıstanda Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar görüş keçirilib
# 28 fevral 2014 17:48 (UTC +04:00)

Bu barədə APA – ya XİN mətbuat xidmətindən bildirilib. Görüşdə səfir Emil Kərimov qonaqlara Ermənistan-Azərbaycan münaqişəsi, onun ağır nəticələri, münaqişə ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qətnamələr və onların indiyədək Ermənistan tərəfindən əməl edilməməsi, o cümlədən işğal nəticəsində 1 milyondan çox həmyerlilərimizin qaçqın və məcburi köçkünə çevrildiyini bildirib.

Səfir Emil Kərimov Xocalı soyqırımını 20-ci yüzilliyin ən dəhşətli hadisələrindən biri adlandırıb və soyqırım nəticəsində 613 nəfər mülki şəxsin amansızcasına qətlə yetirildiyini, onlardan 106 nəfərin qadın, 63 uşaq, 70 nəfər yaşlı insan olduğunu, 487 nəfər insanın ağır yaralandığını, 1275 nəfər şəxsin əsir götürüldüyünü, 155 nəfər şəxsin itkin düşdüyünü, 76 nəfər (1 yaşında olan) körpənin əlilə çevrildiyini, 6 ailənin tamamilə məhv edildiyini, 25 uşağın hər iki valideynini, 130 uşağın isə valideynlərindən birini itirdiyini qeyd edib.

Dövlətimiz tərəfindən ilk dəfə siyasi-hüquqi qiymətin Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra verildiyi və onun təşəbbüsü ilə Azərbaycan Parlamenti tərəfindən 26 fevralın “Xocalı Soyqırımı günü və milli matəm günü” elan edildiyi vurğulanıb.

Həmçinin Emil Kərimov Xocalı faciəsinə beynəlxalq aləmdə siyasi-mənəvi və hüquqi qiymətin verilməsi və beynəlxalq aləmdə tanınması məqsədilə İslam Konfransı Təşkilatının Gənclər Forumunun Mədəniyyətlərarası dialoq üzrə baş koordinatoru, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə yaradılmış “Xocalıya Ədalət” beynəlxalq məlumat və təşviqat kampaniyasının uğurla davam etdirildiyini bildirib.

Tədbirdə ”Məhv edilmiş şəhər” adlı sənədli film və”Xocalıya Ədalət” adlı videoklip nümayiş etdirilib. Qonaqlara Dağlıq Qarabağ həqiqətlərini, Xocalı soyqırımını, Xocalıya Ədalət kampaniyasını əks etdirən kitablar, jurnallar, broşürlar, press- relizlər və disklər paylanılıb.

Eləcədə Xocalı faciəsi ilə bağlı səfirlikdə anım mərasimi keçirilib. Mərasimdə çıxış edən səfir tədbir iştirakçılarına Xocalı faciəsi barədə ətraflı məlumat verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR