Bakı sakinləri naməlum şəraitdə bıçaqlanıb

Bakı sakinləri naməlum şəraitdə bıçaqlanıb
# 07 mart 2014 08:41 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda iki nəfər naməlum şəraitdə bıçaqlanıb.

Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Zivərbəy Əhmədbəyov küçəsi-16 ünvanında qeydə alınıb.

Bakı şəhər sakinləri, 1981-ci il təvəllüdlü Anar Etibar oğlu Nəhmətov və 1988-ci il təvəllüdlü Xəyal Məmməd oğlu Məmmədov naməlum şəraitdə iki nəfər tərəfindən bıçaqlanıb.

Hazırda hadisəni törədən şəxsin tapılması istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR