Bərdədə 66 yaşlı kişini gülləyən şəxs tutulub

Bərdədə 66 yaşlı kişini gülləyən şəxs tutulub
# 03 fevral 2014 09:41 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Azərbaycanda iki gün öncə 66 yaşlı kişini gülləyən şəxs tutulub.

Bərdə Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, 1948-ci il təvəllüdlü Vaqif Əvəzova “Makarov” markalı tapançadan atəş açan Xosrov Muradzadə ötən gün saxlanılıb.

Silahlı insident fevralın 1-də Bərdə rayonun mərkəzində yerləşən avtomobil yuma məntəqəsində baş verib.

Bərdə rayon sakini, 1948-ci il təvəllüdlü Vaqif Əvəzova naməlum şəxs və ya şəxslər tərəfindən «Makarov» markalı tapançadan bir neçə dəfə atəş açılıb.

V. Əzizov ağır bədən xəsarətləri ilə Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR