Bakıda “eTicarət Master Class” tədbiri keçirilir - FOTO - VİDEO

Bakıda “eTicarət Master Class” tədbiri keçirilir - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 07 iyun 2014 08:49 (UTC +04:00)

Tədbirdə “Google”ın Türkiyə üzrə nümayəndəsi Sedat Kılıç “Gələcəyin elektron ticarətinə baxış” mövzusunda çıxış edib. O, elektron ticarətin gələcəkdə daha da genişlənəcəyini vurğulayıb: “Onlayn ticarət sayəsində hazırda dünyanın bir çox pərakəndə mağazalarının bağlandığını görürük. Çünki onlar öz ticarətlərini daha geniş formada internet üzərindən qururlar”.


S. Kılıç qeyd edib ki, hər bir ölkənin iqtisadiyyatı üçün onlayn ixracat çox önəmlidir. Onun sözlərinə görə, onlayn ixracat Türkiyənin 2023-cü ilə qədər nəzərdə tutulan ticarətinin əsasını təşkil edəcək.

Sonra S. Kılıç tədbir iştirakçılarının suallarını cavablandırıb.

“Evmanya” şirkətinin təmsilçisi Aslı Gökdərə isə “eTicarət”də iş planının qurulmasından danışıb. O, ticarətdə keyfiyyətin xüsusi önəmini vurğulayaraq, keyfiyyətin düzgün təbliğinin sağlam rəqabət baxımından vacib olduğunu deyib.

Tədbirdə Türkiyənin aparıcı elektron ticarət platformaları və bank ödəmə sistemlərinin sahibləri də çıxış ediblər.

“Sahibinden.com”, “Markafoni.com”, “Doğan Online”, “Google Türkiyə”, “Garanti Bankası”, “Evmanya.com”, “Akakce.com”, “KobiMaster” kimi iri ticarət platformalarının mütəxəssisləri Azərbaycanda bu sahədə çalışan və karyera qurmaq istəyənlərlə təcrübə və biliklərini bölüşüblər.

Qeyd edək ki, “eTicarət Master Class” tədbirinin sponsorları “Shopera.az”, “MSN Tour” və “QUTechnopark”dır. Tədbirin media dəstəyi isə “APA Holding”ə məxsusdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR