Hərbi Dəniz Qüvvələrinin matrosunu elektrik cərəyanı vurub

Hərbi Dəniz Qüvvələrinin matrosunu elektrik cərəyanı vurub
# 27 may 2014 15:53 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Hərbi Dəniz Qüvvələrinin matrosunu elektrik cərəyanı vurub. APA-nın məlumatına görə, hadisə bu gün baş verib. Hərbi Dəniz Qüvvələrinin matrosu Təbriz Mehman oğlu Əhmədovu təhlükəsizlik qaydalarının pozulması nəticəsində elektrik cərəyanı vurub. Hərbçiyə ilkin tibbi yardım göstərildikdən sonra o Silahlı Qüvvələrin Baş Klinik Hospitalına yerləşdirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, hərbçi həkim nəzarəti altındadır və onun sağlamlıq durumu stabildir.

Qeyd edək ki, T. Əhmədov Saatlı rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR