Kürdəmirdə narkotik alverçisi tutulub

Kürdəmirdə narkotik alverçisi tutulub
# 13 iyun 2014 12:39 (UTC +04:00)

Kürdəmir. Elvin Yaqubov - APA. Kürdəmir rayonunda özünü kriminal aləmin məşhurlarından biri hesab edən şəxs polis əməkdaşları tərəfindən tutulub. APA-nın məlumatına görə, polis əməkdaşları əvvəllər iki dəfə məhkumluq həyatı yaşayan Kürdəmir rayon Atakişili kənd sakini Ramin İslamova məxsus avtomobildən çəkisi 10 qram olan narkotik vasitə olan qurudulmuş marixuana aşkar ediblər. Kürdəmir rayon Polis Şöbəsinin əməkdaşları onun yaşadıqları evə baxış keçirərəkən oradan daha 8 qram marixuana götürüblər. Saxlanılan şəxs narkotik vasitəni özünün istifadə etməsi üçün əldə etdiyini desə də, onun başqa adamlara da narkotik satdığı müəyyən edilib. O, tutularaq istintaqa təhvil verilib.

Özünü kriminal aləmin məşhurlarından biri hesab edən Ramin İslamovun digər hadisələrdə iştirak edib-etmədiyi araşdırılır. Fakta bağlı Kürdəmir rayon Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR