Rabitə və yüksək texnologiyalar naziri Siyəzəndə vətəndaşları qəbul edəcək

Rabitə və yüksək texnologiyalar naziri Siyəzəndə vətəndaşları qəbul edəcək
# 22 may 2014 09:25 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Mayın 24-də saat 10:00-da Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Siyəzən rayonunda Siyəzən, Şabran və Xızı rayonlarından olan vətəndaşları qəbul edəcək.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, görüşdə telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti ilə bağlı vətəndaşların müraciətləri dinləniləcək.

Vətəndaşlardan "[email protected]" elektron poçt ünvanı, 1655 saylı "Qaynar xətt", 598 38 18 nömrəli (regionlardan edilən zənglər pulsuzdur) telefon vasitəsilə əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.

Qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR