Qəbələ RLS ərazisində minatəmizləmə əməliyyatları ilin sonunda başa çatacaq

Qəbələ RLS ərazisində minatəmizləmə əməliyyatları ilin sonunda başa çatacaq
# 31 mart 2014 15:47 (UTC +04:00)

Bu barədə APA-ya ANAMA-nın əməliyyat şöbəsinin meneceri Samir Poladov bildirib.

S. Poladovun sözlərinə görə, cari ilin fevral ayında başlanılmış əməliyyat nəticəsində RLS ərazisindən mina və əl qumbaraları tapılıb.

ANAMA nümayəndəsi bu il RLS-in ətrafında 233 min kvadrat metr ərazinin yoxlanılacağını bildirib.

Əməliyyatlar ANAMA-nın Çevik Əməliyyat Qrupu tərəfindən aparılır.

Qeyd edək ki, Qəbələ RLS Azərbaycan müstəqilliyini elan etdikdən sonra Rusiyanın istifadəsində olub.

“Azərbaycan Respublikası hökuməti və Rusiya Federasiyası hökuməti arasında Qəbələ RLS-in statusu, istifadə prinsipləri və şərtləri haqqında Saziş” 2002-ci ildə imzalanıb.

Rusiya 2012-ci il dekabrın 10-dan stansiyanın istismarını dayandırıb, 2013-cü ilin yay aylarında isə stansiya tam olaraq Azərbaycan hökumətinə təhvil verilib. 1984-cü ildə SSRİ-nin raket əleyhinə müdafiə sistemi kimi inşa edilmiş Qəbələ RLS Hind okeanı regionunda - 6 min km radiusda ballistik raketlərin buraxılışını izləməyə imkan verir. 2002-ci ildə imzalanmış sazişə müvafiq olaraq Rusiya RLS-in icarəsinə görə Azərbaycana ildə 7 milyon dollar ödəyib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR