Gəncədə iki nəfərin mübahisəsi ölümlə nəticələnib - APA TV

Gəncədə iki nəfərin mübahisəsi ölümlə nəticələnib - <span style="color: red;">APA TV
# 15 sentyabr 2013 20:05 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə iki nəfərin mübahisəsi ölümlə nəticələnib.

Gəncə şəhər Prokurorluğundan APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə Sadıllı qəsəbəsində baş verib.

Gəncə şəhər sakini, 29 yaşlı Vüqar Kərimov şəxsi münaqişə zəminində tanışı və həmyaşıdı olan şəhər sakini Qasım Həsənovu bıçaqlayıb.

Q. Həsənov hadisə yerindəcə dünyasını dəyişib.

Prokurorluqdan bildiriblər ki, Vüqar Kərimov saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş açılıb, istintaq aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR