Əli Əhmədov: “Azərbaycan vətəndaşına layiq olduğu həyatın təmin edilməsi hədəflər sırasındadır”

Əli Əhmədov: “Azərbaycan vətəndaşına layiq olduğu həyatın təmin edilməsi hədəflər sırasındadır”
# 23 dekabr 2013 09:29 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. “Dünyanın bir çox xalqları öz tarixinin qızıl dövrünü öz keçmişində axtarır. Azərbaycan isə öz qızıl dövrünü yaşamaqdadır. Son 20 il ərzində keçdiyimiz inkişaf tarixi bunu söyləməyə əsas verir”.

APA-nın məlumatına görə, bunu YAP sədr müavini-icra katibi, baş nazirin müavini Əli Əhmədov bu gün Bakıda keçirilən “Azərbaycan 2013-2018: yeni hədəflərə doğru” adlı konfransda deyib.

O qeyd edib ki, məhz buna görə Azərbaycan xalqı prezident seçkilərində yenidən İlham Əliyevə səs verib: “Azərbaycan vətəndaşları İlham Əliyevi dəstəkləməklə, Heydər Əliyevin əsasını qoyduğu uğurlara müsbət münasibətlərini bildiriblər”.

Ə. Əhmədov qeyd edib ki, hakimiyyətin qarşısında duran ən başlıca hədəf Azərbaycanın inkişafıdır: “Azərbaycan vətəndaşına onun layiq olduğu həyatın təmin edilməsi də hədəflər sırasındadır. Ən mühüm hədəflərdən biri də həm regional, həm də beynəlxalq müstəvidə etibarlı gücün təmin edilməsindən ibarətdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR