Tərtərdə maskalı şəxslər evə basqın edib, ev sahibinin oğlunu bıçaqlayıblar - VİDEO

Tərtərdə maskalı şəxslər evə basqın edib, ev sahibinin oğlunu bıçaqlayıblar - <span style="color: red;">VİDEO
# 18 aprel 2014 15:48 (UTC +04:00)

Tərtər rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, rayonun Bəyimsarov kəndində üç nəfər maskalı şəxs kənd sakini Rüxsarə Həsənovanın evinə basqın edib.

Onlar ev sahibinin oğlu Vidadi Hüseynova çoxsaylı bıçaq zərbəsi vuraraq evdən 600 manat pul və 1800 manat dəyərində qızıl - zinət, bəzək əşyalarını aparıblar. Tərtər Mərkəzi Rayon Xəstəxanasına çatdırılan Vidadi Hüseynovun vəziyyətinin orta-ağır olduğu bildirilir. Yerli hüquq-mühafizə orqanlarının əməkdaşları sözügedən əməli törətmiş şəxslərin kimliyini müəyyən edilməsi istiqamətində iş aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR