Rafiq Hüseynov: “İkinci kimyaterapiya üçün martın 3-də yenidən İstanbula gedəcəyəm”

Rafiq Hüseynov: “İkinci kimyaterapiya üçün martın 3-də yenidən İstanbula gedəcəyəm”
# 24 fevral 2014 15:47 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında Azərbaycanın xalq artisti, məşhur diktor Rafiq Hüseynov deyib.

Diktor bildirib ki, 21 gün fasilə ilə üç dəfə kimyaterapiya qəbul etməlidir: “Səsimin düzəlməməsi məni çox narahat edir. Kimyaterapiya başa çatsın, görək necə olur. Həkimlər əməliyyatın nəticəsini, səhhətimdəki ümumi vəziyyəti yaxşı qiymətləndirdilər. Amma əməliyyatın fəsadlarını hiss edirəm. Başgicəllənmə, ürəkbulanma olur, ayaqlarımda ağrılar hiss edirəm. Deyirlər, olmalıdır, keçib gedəcək. Dözüb-dururam, görək nə olur”.

Qeyd edək ki, R. Hüseynov ağciyər xərçəngindən əziyyət çəkir. O, dekabrın 10-da Türkiyədə əməliyyat olunub. Həkimlər 4 saat çəkən əməliyyatla onun ağciyərinin üstündəki şişi götürüblər.

O, əməliyyatdan sonra bir dəfə İstanbula gedərək kimyaterapiya qəbul edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR