Avropa Komissiyasının ekspertləri Penitensiar xidmətdə olublar

Avropa Komissiyasının ekspertləri Penitensiar xidmətdə olublar
# 04 mart 2014 08:18 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Avropa Komissiyasının ekspertləri - Aureliya Uilli və Martin Seddon Ədliyyə Nazirliyi Penitensiar Xidmətində görüş keçirilib.

Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, xidmətin rəis müavini Hüseyn Əlixanov Penitensiar xidmətin hal-hazırkı fəaliyyəti, son dövrlər ərzində məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması, cəza-icra qanunvericiliyinin humanistləşdirilməsi barəsində qonaqlara məlumat verib.


Avropa İttifaqının eksperti Martin Seddon Azərbaycanda cəza-icra hüququ sahəsində keçirilən intensiv islahatlar ekspertlər tərəfindən yüksək qiymətləndirilir.

Penitensiar Xidmətin rəis müavini ekspertlərin müvafiq suallarını cavablandıraraq ölkəmizin cəza-icra sistemində probasiya xidmətinin müəyyən elementlərinin olduğu, eyni zamanda bu xidmətin bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da milli xüsusiyyətlərlə uyğun olmayan cəhətləri barədə məlumat verib. Qeyd olunub ki, probasiya xidmətinin yaradılması məqsədilə aidiyyəti səlahiyyətli orqanların və eləcə də vətəndaş cəmiyyəti təşkilatları rəhbərlərinin iştirakı ilə müzakirələrin təşkilinə və eyni zamanda maliyyə vəsaitinə ehtiyac vardır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR