Ötən ay Azərbaycanda 116 nəfər qidadan zəhərlənib

Ötən ay Azərbaycanda 116 nəfər qidadan zəhərlənib
# 17 oktyabr 2013 10:20 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu ilin sentyabr ayı ərzində Azərbaycanda əhali arasında 116 qida zəhərlənməsi hadisəsi baş verib.

Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev APA-ya açıqlamasında bildirib ki, zəhərlənmə nəticəsində 166 nəfər zərər çəkib.

Onun sözlərinə görə, ötən ay ərzində 2 botulizm hadisəsi qeydə alınıb ki, bunun nəticəsində də 3 nəfər zərər görüb. Botulizm nəticəsində baş verən qida zəhərlənməsindən 1 nəfər ölüb. Ümumilikdə isə bu ilin yanvar-sentyabr ayları ərzində respublika ərazisində 1246 nəfər qida zəhərlənməsi baş verib.

İ.Abdullayev qeyd edib ki, ötən ay orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 974 yeyinti məhsulları nümunə götürülüb, ondan 8-də kənara çıxma, mikrobioloji göstəricilərinə görə götürülən 1060 nümunədən 10-da kənara çıxma aşkar olunub. Toksikoloji göstəricilərinə görə 331, radioloji göstəricilərinə görə 36 yeyinti məhsulları nümunələri laboratoriya müayinələrinə cəlb olunub. Onların heç birində kənara çıxma halları qeydə alınmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR