Mikayıl Cabbarov: “Bir çox məktəblərdə vakansiyaların sayı çoxdur və bu vəziyyət bizi narahat edir”

Mikayıl Cabbarov: “Bir çox məktəblərdə vakansiyaların sayı çoxdur və bu vəziyyət bizi narahat edir”
# 12 iyun 2014 10:57 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. “Azərbaycanda pedaqoji ixtisaslar üzrə təhsil alanlar üçün təyinatların bərpası nəzərdə tutulmayıb”. APA-nın xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov 2013-2014-cü tədris ilinin nəticələrinə həsr olunan hesabat mətbuat konfransında bildirib ki, təyinat sisteminin olması istənilən bir seçilmiş sahədə tətbiq oluna bilməz. Onun sözlərinə görə, bu, sosial-iqtisadi kontekstdən asılı olan bir məsələdir: “Təyinatlar mərkəzləşdirilmiş və planlı yanaşma olduğu təqdirdə həyata keçirilə bilər. XXI əsrdə Azərbaycan gəncləri özlərinin seçdiyi deyil, təyinatla dövlətin seçdiyi rayonda, şəhərdə fəaliyyət göstərməsinə göndərə bilmərik. Gənclərin regionlarda işləməyə cəlbə etmək üçün stimullaşdırıcı tədbirlər görülür. Bu tədbirlərin təyinatdan fərqi odur ki, onlar könüllü şəkildə verilən qərarın nəticəsidir. Qərar Təhsil Nazirliyi tərəfindən dəstəklənir və nazirlik tərəfindən stimullaşdırıcı tədbirlər həyata keçirilir”.


Təhsil naziri qeyd edib ki, amma görülən bu tədbirlər də kifayət etmir. Onun sözlərinə görə, bu gün bir çox rayon və kənd məktəblərində vakansiyaların sayı çoxdur: “Bu vəziyyət bizi narahat edir. Hazırda nəzərdə keçirdiyimiz çıxış yollarından biri odur ki, ali məktəblərdə pedaqoji ixtisaslar üzrə təhsil alan gənclər sonuncu kurslarda iş təcrübələrini məktəblərdəki vakant yerlərdə həyata keçirsinlər. Hesab edirik ki, bu, müəllim hazırlığına müsbət təsir göstərəcək. Bu həm də regionlarda və kəndlərdə müəllim çatışmazlığı problemini daha sivil şəkildə aradan qaldırmaq üçün istifadə oluna bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR