Azərbaycanda siyasi partiyaların dövlət tərəfindən maliyyələşməsi ilə bağlı qanunvericiliyə dəyişiklik təklif olunur

Azərbaycanda siyasi partiyaların dövlət tərəfindən maliyyələşməsi ilə bağlı qanunvericiliyə dəyişiklik təklif olunur
# 22 noyabr 2013 09:20 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında maliyyə naziri Samir Şərifov gələn ilin büdcə zərfi ilə bağlı deputatların təkliflərini cavablandırarkən bildirib.

Nazir müzakirələr zamanı siyasi partiyalara ayrılan vəsaitlərin artırılması ilə bağlı deputatların təklifinə baxıldığını və hökumətin bu barədə gəldiyi qərarı açıqlayıb: “Biz belə qərara gəldik ki, büdcədən siyasi partiyalara ayrılan vəsaitin bu il üçün 10 faizi qənaət olunaraq saxlanılıb. Biz təklif edirik ki qanunvericiliyə müəyyən dəyişiklik etməklə bu 10 faizi gələn il ayrılacaq vəsaitə əlavə edək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR