Samuxda regionların sosial-iqtisadi inkişafı müzakirə olunub

Samuxda regionların sosial-iqtisadi inkişafı müzakirə olunub
# 16 may 2014 13:54 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Samuxda İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunmuş konfrans”da verilən tapşırıqlar və "Azərbaycan Respublikası regionlarının 2014 - 2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"ndan irəli gələn vəzifələrə həsr olunmuş konfrans keçirilib.

Nazirliyin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata konfransda Gəncə-Qazax iqtisadi rayonuna daxil olan şəhər və rayonların icra hakimiyyətlərinin, İqtisadiyyat və Sənaye Nazirliyinin, Dövlət Proqramının icraçı təşkilatlarının nümayəndələri və sahibkarlar iştirak ediblər.

Tədbirdə çıxış edən iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov bildirib ki, əvvəlki dövlət proqramlarının məntiqi davamı olan "Azərbaycan Respublikası regionlarının 2014 -2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" ölkə iqtisadiyyatının, xüsusilə regionların inkişafında mühüm əhəmiyyətə malikdir.

Samux rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev regionların inkişafı ilə bağlı dövlət proqramlarının uğurlu icrası nəticəsində bütün bölgələrdə olduğu kimi, Samuxda da infrastruktur təminatının yaxşılaşdığını, sahibkarlıq fəaliyyətinin genişləndirildiyini, yeni istehsal və xidmət müəssisələrinin yaradıldığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR