İş yoldaşını qətlə yetirən şəxsə hökm oxunub

İş yoldaşını qətlə yetirən şəxsə hökm oxunub
# 03 mart 2014 14:42 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iş yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Cəlal Kərimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, C. Kərimov 13 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, C. Kərimov münaqişə zəminində işlədiyi mebel sexində iş yoldaşı Rüfət Qəmbərovu iskənə ilə vuraraq qətlə yetirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR