Azərbaycan biznesmenləri İstanbulda keçiriləcək beynəlxalq parça sərgisinə dəvət olunur

Azərbaycan biznesmenləri İstanbulda keçiriləcək beynəlxalq parça sərgisinə dəvət olunur
# 24 fevral 2014 10:29 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Türkiyədə «Texbridge» parça və aksesuarlar sərgisi keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) «APA-Economics»ə verilən məlumata görə, sərgi martın 25-27-də İstanbul şəhərində baş tutacaq.

Sərgidə iştirak edəcək qonaq şirkətlərin nümayəndələri üçün nahar və yerləşmə xərcləri təşkilatçı tərəfdən qarşılanacaq. Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr sərgidə iştiraka dəvət olunur.

Sərgidə iştirak və ya şirkətini təmsil etmək istəyən sahibkarlar və iş adamları Türkiyənin Azərbaycandakı səfirliyinə müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR