Dow Jones indeksi 0,4%, S&P 500 0,5%, Nasdaq 0,6% enib

Dow Jones indeksi 0,4%, S&P 500 0,5%, Nasdaq 0,6% enib
# 12 mart 2014 06:30 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Martın 11-də Amerika fond bazarında Dow Jones indeksi 0,4% - 16 351 bəndədək, S&P 500 0,5% - 1 868 bəndədək, Nasdaq 0,6% - 4 307 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ fond indekslərin dinamikasına bir sıra mənfi makroiqtisadi göstəricilər təsir edib.

Avropa fond bazarlarında martın 11-də FTSE 100 indeksi 0,1% - 6 686 bəndədək enib, Almaniya DAX-ı 0,5% - 9 308 bəndədək yüksəlib, Fransa CAC-40-ı isə 0,5% - 4 350 bəndədək enib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 1,3% artaraq 1 357,20 dollara bərabər olub.


Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3851 dollar (-0,1%) təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR