«Günaybank» yeni səhm emissiyasının yerləşdirilməsinə başlayıb

«Günaybank» yeni səhm emissiyasının yerləşdirilməsinə başlayıb
# 24 fevral 2014 07:58 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında «Günaybank» ASC-nin adi adlı sənədsiz səhmlərinin yeni emissiyasının yerləşdirilməsinə başlanılır. «APA-Economics»in xəbər verdiyi kimi, bu barədə Bakı Fond Birjasının məlumatında deyilir.

Emissiyanın ümumi həcmi 9 996 470 manat, bir səhmin nominal dəyəri 4 783 manat təşkil edir. Yerləşdirmədə anderrayter kimi «Standard Capital» MMC çıxış edir.

Qeyd edək ki, yerləşdirmə nəticəsində bankın nizamnamə kapitalı 76,8% artaraq 23,020 mln. manata çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR