Bakıda əcnəbilərə qarşı quldurluq edən şəxslər tutulub - FOTO

Bakıda əcnəbilərə qarşı quldurluq edən şəxslər tutulub - <span style="color: red;">FOTO
# 18 mart 2014 09:02 (UTC +04:00)

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Baş Cinayət Axtarış İdarəsi və Səbayel rayon 39-cu Polis Bölməsi əməkdaşlarının birgə həyata keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində Bakı şəhərində xarici vətəndaşlara qarşı quldurluq və soyğunçuluq cinayətləri törətmiş 2 nəfər yaxalanıb.

Bakı şəhər sakinləri - 19 yaşlı Kamran Aslanov və 21 yaşlı Qabil Cəfərov 2014-cü il martın 13-də Nəsimi rayonu ərazisində Böyük Britaniya vətəndaşı Robert Hugesə qarşı quldurluq cinayəti həyata keçiriblər. Onlar xarici vətəndaşı yerə yıxıblar və onun 1 ədəd qızıl üzüyünü, 1 ədəd qol saatını, 2 ədəd mobil telefonunu zorla əlindən alıblar.

İstintaq araşdırmaları ilə daha sonra müəyyən edilib ki, saxlanılan şəxslər 2014-cü ili martın 8-də Andrey Sorokinə qarşı da quldurluq ediblər. Onlar gecə saatlarında A. Sorokini döyərək 500 manat pulunu, mobil telefonunu və digər qiymətli əşyalarını zorla əlindən alıblar.

Faktlarla bağlı cinayət işi başlanıb, istintaq saxlanılan şəxslərin digər bu kimi cinayətlər törədib-törətmədiyini araşdırır.

Bu şəxslərin cinayət əməllərindən zərər çəkmiş və ya hər hansı məlumatı olan vətəndaşların Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi"nə və ya yaxınlıqdakı polis orqanına dərhal məlumat vermələri xahiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR