Azərbaycanlı tələbələrin ABŞ universitetlərində bir semestrlik ödənişsiz təhsil alması üçün ərizə qəbulu başlayıb

Azərbaycanlı tələbələrin ABŞ universitetlərində bir semestrlik ödənişsiz təhsil alması üçün ərizə qəbulu başlayıb
# 17 fevral 2014 14:12 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycan universitetlərinin I, II və III kurs tələbələri üçün ABŞ Universitetlərində bir semestrlik ödənişsiz təhsil almaq imkanı - Qlobal Tələbə Mübadiləsi Proqramına (UGRAD) ərizə qəbulu başlayıb. Təhsil Nazirliyinin APA-ya verilən xəbərə görə, proqram üçün son ərizə qəbulu tarixi 28 fevral saat 17:00-a kimidir. Proqram IREX təşkilatı tərəfindən həyata keçirilir, ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilir və Təhsil Nazirliyi tərəfindən dəstəklənir. Bütün iştirakçılar bir akademik semestr ərzində dərslərdə iştirak edəcəklər, ən azı 20 saat vaxtlarını yaşadıqları şəhərin icma işlərinə sərf edəcəklər və təcrübə keçəcəklər.

Proqramla bağlı vizanın alınması, yaşadığınız şəhərdən ABŞ-da təhsil alacağınız universitetə və geriyə yol xərcləri, tibbi və bədbəxt hadisələrdən sığorta, aylıq təqaüd və təhsil xərcləri, gözlənilməz kiçik xərclər, ABŞ-da yaşayış, dərs ədəbiyyatının alınması üçün məhdud vəsait, məzunlar arasında əməkdaşlıq və treninq təşkil etmə imkanları kimi bütün xərclər ödənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR