“Böyük yeddilik” Krımın Rusiyaya qanunsuz birləşdirilməsi ilə bağlı hüquqi və praktik tədbirlər hazırlayır

“Böyük yeddilik” Krımın Rusiyaya qanunsuz birləşdirilməsi ilə bağlı hüquqi və praktik tədbirlər hazırlayır
# 26 aprel 2014 11:23 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, G7 adından yayılan kommünikede bildirilir ki, bu tədbirlər təkcə iqtisadiyyat, maliyyə və ticarət sahələri ilə məhdudlaşmayacaq: “Biz Rusiyanın Krım və Sevastopolu özünə qanunsuz birləşdirmək cəhdini qətiyyətlə qınadığımızı və tanımadığımızı bir daha bəyan edirik. İndi biz bu qanunsuz birləşdirməyə qarşı hüquqi və praktik tədbirlərin həyata keçirilməsinə başlayırıq. Bu tədbirlər iqtisadiyyat, maliyyə və ticarət sahələrini əhatə edəcək və bununla məhdudlaşmayacaq”.

“Yeddilik” (ABŞ, Britaniya, Almaniya, Fransa, İtaliya, Kanada, Yaponiya) Rusiyanı Ukraynanın şərqində yaranmış problemin həlli ilə bağlı Cenevrə razılaşmalarına əməl etmədiyini də bildiriblər: “Rusiya Cenevrə razılaşmalarının həyata keçirilməsi üçün heç bir addım atmayıb. O, razılaşmanı açıq şəkildə dəstəkləməyib, Ukraynada qeyri-sabitlik yaratmağa çalışan separatçılıq tərəfdarlarının aktlarını pisləməyib, silahlı şəxsləri tutduqları hökumət binalarını tərk etməyə və silahı yerə qoymağa çağırmayıb. Bunun əvəzində öz ritorikası və Ukrayna sərhədində hərbi manevrləri ilə gərginliyin artmasına səbəb olub”.

G7 ölkələri Ukrayna hakimiyyətinin Cenevrə razılaşmalarının həyata keçirlməsi istiqamətində atdığı addımları alqışlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR