Azərbaycanda müasir heyvandarlıq kompleksi tikilir

 Azərbaycanda müasir heyvandarlıq kompleksi tikilir
# 19 fevral 2014 14:06 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA- Economics. Türkiyə Azərbaycana kənd təsərrüfatı sahəsində iri südlük istiqamətli heyvandarlıq kompleksinin tikilməsinə yardım edəcək. «APA-Economics»in məlumatına görə, Türkiyə Baş Nazirliyinin Türk Əməkdaşlıq və Əlaqələndirmə Agentliyi (TİKA) Xaçmaz rayonunun Yalama qəsəbəsində 523 hektar ərazidə ən müasir heyvandarlıq kompleksinin yaradılması işində Azərbaycana konsaltinq xidmətləri göstərəcək.

Layihə çərçivəsində özəl heyvandarlıq kompleksinin ən son texnologiya ilə təchiz olunması, müasir texnologiyanın tətbiqi, avadanlıq, biznes-planlanmanın aparılması planlaşdırılıb. TİKA həmçinin kompleksin özünün yem ehtiyacını ödəməsi üçün yem istehsalı infrastrukturunun yaradılması məsələlərində konsaltinq və elmi metodoloji yardımını təqdim edəcək.

Artıq bu məqsədlə TİKA və Türkiyə Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyinin mütəxəssisləri Yalama qəsəbəsinə gələrək, ərazi ilə tanış olublar. Azərbaycanın ən müasir südlük istiqamətli heyvandarlıq kompleksinin 2015-ci ilin iyul ayında fəaliyyətə başlaması nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR