Bakıda ofislərin birində yanğın baş verib

Bakıda ofislərin birində yanğın baş verib
# 13 fevral 2014 23:14 (UTC +04:00)

Bakı-APA. Bakıda ötən axşam yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Nəsimi rayonunda dördmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 40 kv.m olan 2 otaqlı ofisdə baş verib. Nəticədə, ofisin 1 otağında televizor və televizor altı şkaf yanıb, yüksək temperaturdan lambirdən ibarət tavanı 3 kv.m sahədə əriyib. Ofisin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:21-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR