Azərbaycanda kənd təsərrüfatı mütəxəssislərinin elektron məlumat bazası yaradılır

Azərbaycanda kənd təsərrüfatı mütəxəssislərinin elektron məlumat bazası yaradılır
# 14 fevral 2014 07:54 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən aparılan islahatlar, o cümlədən kadr siyasəti sahəsində həyata keçirilən tədbirlər çərçivəsində gələcəkdə müxtəlif yerli və beynəlxalq tərəfdaşların iştirakı ilə Azərbaycanda icra olunan layihələrə cəlb oluna biləcək kənd təsərrüfatı mütəxəssislərinin elektron məlumat bazasının yaradılması qərarlaşdırılıb.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, bu məqsədlə Kənd Təsərrüfatı Nazirliyi aşağıdakı tələblərə cavab verən kənd təsərrüfatının müxtəlif sahələri üzrə mütəxəssislərini, eləcə də müvafiq təhsil müəssisələrinin məzunlarını tərcümeyi-halı (CV formatında) [email protected] elektron poçt ünvanına göndərməyə dəvət edir.

Müraciət edənlər ali təhsil məzunu (və ya bu il yüksək qiymətlərlə məzun olacaq), beynəlxalq layihələrdə iş təcrübəsi, «MS Office» bilikləri olmalıdır, həmçinin sərbəst ingilis və ya digər xarici dilləri bilməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR