“Sovetski” məhəlləsinin bir qrup sakini aksiya keçirib - YENİLƏNİB

“Sovetski” məhəlləsinin bir qrup sakini aksiya keçirib - <span style="color: red;">YENİLƏNİB
# 16 fevral 2014 11:46 (UTC +04:00)

Bakı – APA. Bakının “Sovetski” deyilən məhəlləsinin bir qrup sakini fevralın 16-da etiraz aksiyası keçirib.

APA-nın məlumatına görə, onlar evlərinin sökülməsi müqabilində verilən kompensasiyasının məbləğindən narazı olduqlarını bildiriblər.

Sakinlər 1 kv.m üçün 4000 manat tələb edirlər.

Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Səməd İslamov hadisə yerinə gəlib. S. İslamov bildirib ki, sakinlərin razılığı olmadan onların heç birinin evi sökülməyəcək.

Hadisə yerinə polis də cəlb olunub.

Sakinlər öz aralarında icra strukturları ilə müzakirələri davam etdirmək üçün Təşkilat Komitəsi yaratmaq barədə razılığa gəliblər. Bundan sonra aksiya başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR