“Cenevrə-2” danışıqları dövründə Suriyada 5 min insan həlak olub

“Cenevrə-2” danışıqları dövründə Suriyada 5 min insan həlak olub
# 14 fevral 2014 02:56 (UTC +04:00)

APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Samanta Pauer bildirib.

«Cenevrədə danışıqlar başlanandan bu vaxtadək 5 minədək insan həlak olub. Bu Suriya münaqişəsinin ən məhvedici dövrü olub”, deyə o BMT TŞ-nin Suriyadakı humanitar vəziyyətə həsr olunmuş qapalı iclasından sonra deyib.

Diplomat qeyd edib ki, BMT TŞ-nin digər üzv dövlətləri dərk etməlidir ki, Suriyada vəziyyət getdikcə daha da pisləşir və təxirsiz tədbirlərin görülməsini tələb edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR