BŞİH: Müsavat Partiyasının qurultayla bağlı müraciətinə baxılır

BŞİH: Müsavat Partiyasının qurultayla bağlı müraciətinə baxılır
# 03 mart 2014 10:05 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. “Müsavat Partiyasının mayın 24-də keçirilməsi nəzərdə tutulan qurultayına yer ayrılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə göndərdiyi məktuba baxılır və rəsmi cavab veriləcək”.

Bunu APA-ya açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanov deyib.

Z.Ramazanov qeyd edib ki, Müsavat Partiyasının müraciəti BŞİH-ə daxil olsa da, hələlik cavab verilməyib.

Qurultaya yer ayrılması məsələsinə gəldikdə isə, Z.Ramazanov bildirib ki, bu barədə BŞİH-in mövqeyi rəsmi cavabda əksini tapacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR