“Bank of Baku” uşaqlar üçün sosial aksiya keçirib - FOTOSESSİYA

“Bank of Baku” uşaqlar üçün sosial aksiya keçirib - <span style="color: red;">FOTOSESSİYA
# 02 iyun 2014 14:44 (UTC +04:00)

Bakı. APA-Economics. “Bank of Baku” 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə genişmiqyaslı sosial aksiya həyata keçirib.


Bankdan “APA-Economics”ə verilən məlumata görə, “Telefonumuza deyil, uşaqlarımıza daha çox zaman ayıraq!” şüarı altında baş tutan aksiya Azərbaycanın üç şəhərində - Bakı, Gəncə və Sumqayıtda keçirilib.

Aksiyanın məqsədi 1 iyun tarixində uşaqlara oynamaq və əylənmək üçün şərait yaratmaqla bərabər, həm də valideynləri asudə vaxtlarını daha çox övladları ilə keçirməyə sövq etmək olub.

Minlərlə uşağın qatıldığı tədbirdə iştirak tam sərbəst və ödənişsiz olub və tam olaraq bankın maliyyə dəstəyi ilə keçirilib.

Şəhərlərin əsas meydan və parklarında uşaqlar üçün xüsusi “Nağıllar şəhərcikləri” quraşdırılıb.

Bankın sosial aksiyası uşaqlarda böyük maraqla qarşılanıb. Əyləncə zamanı uşaqlara xüsusi hazırlanmış hədiyyələr və şarlar paylanılıb. Bakı, Gəncə və Sumqayıtın kiçik sakinləri aksiyadan böyük sevinc və məmnunluq hissi ilə ayrılıblar.

Bank bu cür xeyriyyə aksiyalarını davam etdirmək niyyətindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR