Metro keçidlərində ticarət obyektlərinin söküntüsünə martın 27-dən başlanacaq - FOTO - YENİLƏNİB - VİDEO

Metro keçidlərində ticarət obyektlərinin söküntüsünə martın 27-dən başlanacaq - <span style="color: red;">FOTO  - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 12 mart 2014 11:14 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Metro ərazisində, keçidlərdə ticarət obyektləri söküləcək şəxslərin aksiya keçirmək cəhdinin qarşısı alınıb.

APA-nın hadisə yerində olan əməkdaşının məlumatına görə, polis onların yolu bağlamaq cəhdinin qarşısını alıb, aksiya iştirakçılarını ərazidən uzaqlaşdırıb.

***

Saat 13.41

Bakı. Etibar Məmmədov - APA. Bu gün Bakı Metropoliteninin binası qarşısında etiraz aksiyasına cəhd olunub.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, “Elmlər Akademiyası” stansiyasının qarşısında etiraz aksiyası keçirməyə cəhd edənlər metro ərazisində, keçidlərdə ticarət obyektlərinin söküləcəyi barədə xəbərdarlıq edilmiş şəxslər olub.

Hazırda narazı şəxslər Bakı Metropolitenin rəhbərliyi tərəfindən qəbul olunub.

Qəbulda iştirak edənlərin APA-nın əməkdaşına verdikləri məlumata görə, görüşdə onlara metropoliten ərazisindəki söküntü işlərinə martın 27-dən başlanacağı bildirilib. İlkin olaraq metro kassalarının yaxınlığında yerləşən obyektlər, daha sonra keçidlərdəki ticarət köşkləri söküləcək.

Martın 27-dək isə sahibkarlardan icarə haqqı alınmayacaq.

Qərarla razılaşmayan sahibkarlar yolu bağlamağa cəhd göstərirlər. Polis onların bu cəhdinin qarşısını almaq üçün tədbirlər görür, aksiya iştirakçılarını ərazidən uzaqlaşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR