Bakıda Taras Şevçenkonun 200 illiyi qeyd olunub

Bakıda Taras Şevçenkonun 200 illiyi qeyd olunub
# 10 mart 2014 11:01 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA. Bakıda məşhur Ukrayna şairi və mütəfəkkiri Taras Şevçenkonun 200 illiyi qeyd olunub. APA-nın Ukraynanın Azərbaycandakı səfirliyinə istinadən verdiyi məlumata görə, martın 9-da T.Şevçenkonun abidəsi önünə gül dəstələri düzülüb.

Səfir Aleksandr Mişşenko T.Şevçenkonun yaradıcılığının hazırda suverenliyinə qarşı hərbi təcavüz həyata keçirilən müasir Ukrayna üçün aktuallığından danışıb. O bildirib ki, hazırda əsas məqsəd Ukraynanın ərazi bütövlüyünün qorunması və münaqişənin silahlı qarşıdurmaya çevrilməsinin qarşısını almaqdır.

Azərbaycanda T.Şevçenko adına Ukrayna icmasının sədri A.Zariçnıy və Azərbaycan Ukrayna Konqresinin sədri İ.Yakovenko da tədbirdə çıxış ediblər. “Barvinok” ansamblı musiqi proqramı ilə çıxış edib, böyük şairin şeirləri söylənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR