Paytaxtda ikimərtəbəli evdə yanğın olub

Paytaxtda ikimərtəbəli evdə yanğın olub
# 23 aprel 2014 01:07 (UTC +04:00)

Bakı-APA. Bakıda yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın hadisəsi şəhərin Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan ikimərtəbəli 6 otaqlı evdə baş verib. Nəticədə, evin çardağı 70 kv.m sahədə və 2-ci mərtəbənin pəncərələri yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR