Bakı Fond Birjasının dövriyyəsi artıb

Bakı Fond Birjasının dövriyyəsi artıb
# 10 aprel 2014 12:41 (UTC +04:00)

Bakı. İlkin Əhmədov – APA-Economics. Birinci rüb ərzində Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə aparılmış əməliyyatların ümumi həcmi 3,998 mlrd. manat təşkil edib ki, bu da 2013-cü ilin analoji dövrü ilə müqayisədə 2,5 dəfə çoxdur.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, ümumi dövriyyədən əqdlərin 86%-i dövlət qiymətli kağızlarının payına düşüb. Onların həcmi 3,44 mlrd. manat (artım 2,2 dəfə), korporativ sektorda əqdlərin həcmi 557 mln. 700,157 min manat (artım 6,8 dəfə) təşkil edib.

Hesabat dövründə təkrar bazarda Maliyyə Nazirliyi tərəfindən buraxılan istiqrazların yerləşdirilmə həcmi 5 mln. 507,649 min manat, ilkin bazarda Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilmə həcmi 59 mln. 954,8 min manat (azalma 1,9 dəfə), təkrar bazarda 84 mln. 952,06 min manat (artım 1,9 dəfə) təşkil edib. 2014-cü ilin yanvar-mart aylarında repo əməliyyatları 3 mlrd. 289,559 min manat (artım 2,4 dəfə) məbləğində olub.

Cari ilin I rübündə ilkin bazarda korporativ istiqrazların yerləşdirilmə həcmi 38 mln. 235,11 min manat (artım 3,1 dəfə), təkrar bazarda 290 mln. 672,184 min manat (artım 13,4 dəfə) təşkil edib.

Hesabat ayında birja meydançasında 228 mln. 74,13 min manat (artım 5 dəfə), təkrar bazarda 718,732 min manat (azalma 3,9 dəfə) məbləğində səhm yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR