Gəncədə avtomobil səki daşına çırpılıb, ölən var - FOTO - VİDEO

Gəncədə avtomobil səki daşına çırpılıb, ölən var - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 03 mart 2014 13:51 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncə şəhərində ölümlə nəticələnən yol-nəqliyyat qəzası baş verib. Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə bu gün saat 14.30 radələrində şəhərin Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb. Şəhər sakini, 1956-cı il təvəllüdlü Sabir Məmmədov idarə etdiyi “VAZ 2107” markalı avtomobili yolun kənarında olan səki daşına çırpıb və hadisə yerində dünyasını dəyişib. Ehtimala görə sürücü sükan arxasında olarkən ürəyi dayanıb və avtomobili səki daşlarına çırpıb.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR