“Mən evə qayıdıram” filminin təqdimat mərasimi keçirilib

“Mən evə qayıdıram” filminin təqdimat mərasimi keçirilib
# 26 fevral 2014 22:03 (UTC +04:00)

APA-nın məlumatına görə, hərbi vətənpərvərlik mövzusunda olan filmin quruluşçu rejissoru Samir Kərimoğlu, ssenari müəllifi İsmayıl Səfərlidir.

Təqdimat mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və digər rəsmi şəxslər, mədəniyyət və incəsənət xadimləri iştirak edib. Ə. Qarayev qeyd edib ki, filmin Xocalı faciəsi günündə nümayiş etdirilməsi təsadüfü deyil: "Filmdə Xocalı faciəsi ilə bağlı konkret nüanslar olmasa da, hadisələr həmin dövrdə cərəyan edir və müəyyən mənada əlaqədar mövzudur. Ekran əsəri dövlət sifarişi ilə çəkilib. İnanıram ki, yaradıcı heyətin bu filmə sərf etdiyi əmək bizim həqiqətlərimizin dünyaya çatdırılmasında öz töhvəsini verəcək".

"Mən evə qayıdıram" “Salnamə” kinostudiyasında istehsal edilib. Ekran əsəri Azərbaycanın ən çətin illərində rus ordusunda xidmət edən Tərlan Seyidzadənin qəhrəmanlıq hekayəsindən bəhs edir. Rejissor “bu filmi Tərlanın simasında Azərbaycanın şəhid olmuş bütün igidlərinin şərəfinə”çəkdiyini bildirib.

Qeyd edək ki, çəkilişləri Quba, Sitalçay, Kürdəmir, Xızıda aparılan filmdə xalq artistləri Yaşar Nuri, Fuad Poladov, aktyorlar Emil Bədəlov, Murad Abdullayev, Kamran Ağabalayev, Yaqub Hüseynov, Vladimir Yakovlev, Katerina Fedorova, Anna Kostenko çəkiliblər. Film real faktlar əsasında ekranlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR