Ukraynanın “5-ci kanal”ının azərbaycanlı jurnalisti: “Kiyevdə baş verən toqquşmalarda sağ əlim sınıb, üzümdən də xəsarət almışam” - VİDEO

Ukraynanın “5-ci kanal”ının azərbaycanlı jurnalisti: “Kiyevdə baş verən toqquşmalarda sağ əlim sınıb, üzümdən də xəsarət almışam” - <span style="color: red;">VİDEO
# 19 fevral 2014 13:46 (UTC +04:00)

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev APA-ya bildirib ki, hadisə fevralın 18-dən 19-a keçən gecə baş verib. Ukrayna Ali Radasının qarşısında baş verən qarşıdurmalarda bu ölkənin “5-ci kanal”ının jurnalisti, Ukrayna vətəndaşı Azad Səfərov xüsusi təyinatlılar tərəfindən döyülüb və ağır xəsarət alıb.

A. Səfərov APA-ya faktı təsdiqləyib. O bildirib ki, toqquşmada kanalın operatoru da döyülüb: “Hadisə zamanı mənim sağ əlim sınıb və üzümdən xəsarət almışam. Mənim operatorumun isə kamerası sındırılıb və ona xəsarət yetirilib. Xəstəxanada ilkin tibbi yardım aldıqdan sonra evə buraxılmışam. Hazırda evdəyəm, özümü yaxşı hiss edirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR