Başqırdıstanda evin yanması nəticəsində 3 nəfər ölüb

Başqırdıstanda evin yanması nəticəsində 3 nəfər ölüb
# 28 dekabr 2013 21:56 (UTC +04:00)

Bakı-APA. Başqırdıstanın İqlinski rayonunda fərdi evdə baş vermiş yanğın nəticəsində 3 nəfər ölüb. APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya FHN-in Başqırdıstan üzrə Baş İdarəsinin açıqlamasında bildirilir.

“Tavtimanovo kəndində dekabrın 28-də 16.36-da yanğın baş verib. Nəticədə taxtadan tikilmiş ev yanıb. Hadisə nəticəsində 3 nəfər ölüb”, deyə idarənin açıqlamasında bildirilir.

Yanğının söndürülməsinə 3 yanğınsöndürmə briqadası cəlb olunub.

Yanğının səbəbləri müəyyənləşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR