Almaniyada səfərdə olan Azərbaycan jurnalistləri səfir Pərviz Şahbazovla görüşüb

Almaniyada səfərdə olan Azərbaycan jurnalistləri səfir Pərviz Şahbazovla görüşüb
# 13 sentyabr 2013 09:14 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli - APA. Almaniyada səfərdə olan Azərbaycanın bir qrup jurnalisti ölkəmizin Almaniyadakı səfiri Pərviz Şahbazovla görüş keçirib.

APA-nın Almaniyaya ezam olunan müxbirin verdiyi məlumata görə, görüşdə səfir iki ölkə arasında mövcud olan siyasi, iqtisadi, mədəni əlaqələrin tarixi, hazırkı vəziyyəti və perspektivləri barədə danışıb.

Səfir eyni zamanda qonaqlara Almaniyada fəaliyyət göstərən Azərbaycan diasporunun işi və ölkəmizin Almaniyada tanınması istiqamətində atdığı addımlar barədə məlumatlar verib. Daha sonra səfir P.Şahbazov jurnalistləri maraqlandıran suallara cavablandırıb.

Qeyd edək ki, Azərbaycandan olan jurnalistlərin Almaniyaya səfəri "Azadlıq naminə Fridrix Naumann Fondu" tərəfindən təşkil olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR